Azərbaycan şahmatçıları Bakı turnirində növbəti görüşlərini heç-heçə ilə başa vurublar
04.05.2008 - 11:40
Bakı. Mehman Süleymanov – APA-Sport. Bakıda təşkil edilən şahmat üzrə “Qran-pri” turnirində XI turun oyunları keçirilib. “APA-Sport”un məlumatına görə, turnirdə ölkəmizi təmsil edən hər üç beynəlxalq dərəcəli şahmatçı qara fiqurlarla oynadıqları görüşləri heç-heçə ilə başa vurub. Teymur Rəcəbov ukraynalı Sergey Karyakin, Şəhriyar Məmmədyarov ingiltərəli Maykl Adams, Vüqar Həşimov isə çexiyalı autsayder David Navara ilə xalları yarıya bölüb. Turun digər görüşlərində Van Yue (Çin) Petr Svidler (Rusiya), Ernesto İnarkiyev (Rusiya) Etyen Bakro (Fransa) üzərində qələbə qazanıb. Qata Kamski (ABŞ) ilə İvan Çerapinov (Bolqarıstan), Aleksandr Qrişuk (Rusiya) ilə Maqnus Karlsenin (Norveç) görüşü isə heç-heçə başa çatıb. XI turdan sonra V. Yue ilə A. Qrişuk hərəyə 7 xalla liderliyi bölüşdürürlər. 3-cü pillədə gedən V. Həşimovun hesabında 6,5 xal var. Ş. Məmmədyarov, M. Karlsen və M. Adams hərəyə 6 xalla 4-6-cı yerlərdə qərarlaşıblar. Sonrakı yerlərdə gedən T. Rəcəbovla Q. Kamski hərəyə 5,5, E. Bakro, İ. Çerapinov, S. Karyakin 5 xal toplayıblar. Axırıncı üç pilləni P. Svidler ilə E. İnarkiyev (hərəyə 4,5 xal) və D. Navara (3,5 xal) tuturlar. Bu gün keçiriləcək növbəti turda T. Rəcəbov D. Navara, Ş. Məmmədyarov E.Bakro, V. Həşimov isə lider A. Qrişukla qarşılaşacaq. Hər üç şahmatçımız ağ fiqurlarla oynayacaq.
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0