Azərbaycanın bədii gimnastları Polşada keçirilən beynəlxalq turnirdə 2 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıblar
05.05.2008 - 12:00
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın bədii gimnastları Polşada keçirilən beynəlxalq turnirdə uğurlu çıxış ediblər. “APA-Sport” agentliyinin Azərbaycan Gimnastika Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, təmsilçilərimiz yarışı 5 medalla başa vurublar. Qrup hərəkətləri üzrə milli komandamız 2 halqa və 4 gürzlə proqramı qüsursuz yerinə yetirdiyi üçün birinci yeri tutub. Yığmamız, həmçinin, çoxnövçülkdə gümüş, 5 lentlə proqramın ifasına görə isə bürünc medal qazanıb. Fərdi birincilikdə çıxış edən bədii gimnastlarımız da fəxri kürsüyə yüksəlməyi bacarıblar. Lentlə proqramın ifasında Nigar Əbdüsəlimova qızıl, Səidə Abdullayeva isə gümüş mükafata yiyələnib. Yeniyetmə bədii gimnastlarımız digər növlərdə uğur qazana bilməyiblər.
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
0
0