Azərbaycan karate yığması Avropa çempionatında 1 qızıl, 1 gümüş, 1 bürünc medala sahib çıxıb
05.05.2008 - 14:33
Tallin. Elşən Məmmədov-APA-Sport. Estoniyanın paytaxtı Tallində kişilər və qadınlar arasında keçirilən karate üzrə Avropa çempionatı başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda iştirak edən Azərbaycan milli komandası 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. Qitə birinciliyinin sonuncu günündə komanda kumite yığmamız 3-cü yeri tutub. Tərkibi Rafael Ağayev, Amal Atayev, Ceyhun Ağasıyev, Şahin Atamov, Taleh Babayev, Qurban Tağıyev və Rəşad Hüseynovdan ibarət yığmamız yarımfinalda Rusiyaya məğlub olmasına baxmayaraq, bürünc medal uğrunda döyüşdə Bosniya və Hersoqovinaya qalib gəlib. Qalan iki medalı isə dünya çempionu Rafael Ağayev qazanıb. 25 yaşlı karateçi açıq çəkidə qızıl, 70 kq çəki dərəcəsində isə gümüş medala layiq görülüb.
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
- İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib - FOTO
0
0