Azərbaycanın bütün qadın güləşçiləri Ukraynada keçirilən beynəlxalq turnirdən medalla dönüblər
05.05.2008 - 15:27
Odessa. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın qadın güləşi üzrə milli komandası Ukraynanın Odessa şəhərində təşkil olunan beynəlxalq turnirdə çıxış edib. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən yığmamızın baş məşqçisi Nazim Əlicanovun sözlərinə görə, yarışda mübarizə aparan 5 güləşçimizin hamısı fəxri kürsüyə yüksəlib. Belə ki, Mariya Stadnik (48 kq) qızıl, Olesya Zamula (63 kq) və Dina İvanova (72 kq) gümüş, Alyona Komarova (55 kq) və Mariya Kaçina (72 kq) isə bürünc medal qazanıblar. Hər çəkidə qaliblərə 1000 ABŞ dolları pul, həmçinin, finalçılara videokamera və 3-cü yeri tutanlara fotoaparat verilib. Ümumi komanda hesabında Azərbaycan Ukraynadan sonra ikinci yeri tutub.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0