Azərbaycan güləşçiləri Türkiyədə keçirilən beynəlxalq turnirdə 4 qızıl, 4 gümüş, 6 bürünc medala sahib çıxıblar
06.05.2008 - 12:08
Antalya. Elşən Məmmədov-APA-Sport. Türkiyənin Antalya şəhərində təşkil olunan yeniyetmələr arasında güləş üzrə beynəlxalq “Qələbə kuboku” turniri başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, 20 ölkədən 484 idmançının qatıldığı yarışda Azərbaycanın sərbəst və yunan-Roma güləşi üzrə yığmaları çıxış ediblər. Sərbəst güləşçilərimizdən Çingiz Qaxacov (42 kq) və İbrahim Yusubov (63 kq) qızıl, Hacı Əliyev (54 kq), Aslanbek Alborov (85 kq) və Aslan Cəbişov (100 kq) gümüş, Toğrul Əskərov (46 kq), Nurlan Hacıyev (58 kq) və Fərid Mustafayev (76 kq) bürünc medal qazanıblar. Ümumi komanda hesabında milli komandamız Türkiyədən sonra ikinci yeri tutub. Yunan-Roma güləşi yığmamızın isə 6 üzvü fəxri kürsüyə yüksəlib. Eldəniz Əzizli (46 kq) və Rəsul Cunayev (58 kq) 1-ci, Niyaməddin İbrahimov (69 kq) 2-ci, Sərxan Məmmədov (50 kq), Orxan Paşayev və Orxan İsmayılov (hər ikisi 58 kq) 3-cü pillədə qərarlaşıb. Beləliklə, pəhləvanlarımız qonşu ölkədən 4 qızıl, 4 gümüş və 6 bürünc medalla qayıdıblar.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0