Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti İsmət Abasov “Top-16” turnirinin qaliblərini mükafatlandırıb
06.05.2008 - 17:59
Bakı. Elşən Məmmədov-APA-Sport. Bakı Olimpiya Kompleksində keçirilən stolüstü tennis üzrə “Top-16” turnirinə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 85 illiyinə həsr olunan yarışa ölkə birincilikləri və turnirlərin yekunlarına əsasən, dörd kateqoriyada ən güclü 16 tennisçi qatılıb. 13 yaşadək oğlanlar arasında Xəyal Həşimli, eyni yaşlı qızların mübarizəsində isə Məryəm İmanova I yeri tutub. Həmçinin, Fərhad İsmayılov kişilərin, Leyla Şirvani isə qadınların yarışında bütün rəqiblərini qabaqlayıb. Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti, kənd təsərrüfatı naziri İsmət Abasov qalibləri mükafatlandırıb.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0