Azərbaycan boksçuları yeni reytinq cədvəlində irəliləyişə nail ola bilməyiblər
06.05.2008 - 18:20
Bakı. Kənan Həsənov-APA-Sport. Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) yeni reytinq cədvəlini elan edib. “APA-Sport” agentliyinin məlumatına görə, 11 çəki dərəcəsi üzrə açıqlanan siyahıya 20 ən güclü dəri əlcək ustasının adı düşüb. Azərbaycan milli komandasının üzvləri cəmi beş çəkidə təmsil olunublar və onların heç birinin mövqeyində irəliləyiş yoxdur. Afina olimpiadasının bürünc mükafatçısı, karyerasını başa vuran Fuad Aslanov (51 kq) bir pillə geriləyərək, 13-cü yerə enib. Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanan Samir Məmmədov 54 kq çəki dərəcəsində 4-cü sıradakı mövqeyini qoruyub. Bu çəkidə yeganə dünya çempionumuz Ağası Məmmədov isə bir pillə geriləməklə 16-cı olub. Olimpiadada iştirakını təmin edən sonuncu təmsilçimiz Şahin İmranov da mövqeyini əldən verib. Milli komandanın kapitanı reytinq cədvəlində 10-cu yerdə qərarlaşıb. Bir pillə geriləyən Rahib Bəylərov (75 kq) 18-ci sıraya sahib çıxıb. Siyahıdakı sonuncu təmsilçimiz Elçin Əlizadə (91 kq) isə yenə 8-ci yeri tutub. Ölkəmiz 48, 60, 64, 69, 81 və +91 kq çəki dərəcələrində təmsil olunmayıb.
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
0
0