Əli İsmayılov “qızıl kəmər” uğrunda braziliyalı Pedro Otasla döyüşəcək
07.05.2008 - 09:54
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanlı peşəkar boksçu Əli İsmayılov növbəti döyüşünü mayın 22-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirəcək. “APA-Sport” agentliyinin məlumatına görə, WBO Latino versiyası üzrə “qızıl kəmər”in sahibi olan həmyerlimiz ikinci dəfə titulunu qorumaq üçün rinqə çıxacaq. Ə.İsmayılovun rəqibi braziliyalı Pedro Otas olacaq. Boksçumuzun bu görüşdən sonra ABŞ-ın Los-Anceles şəhərində reytinq xarakterli iki döyüş keçirməsi də nəzərdə tutulub.
Qeyd edək ki, Ə.İsmayılov indiyədək peşəkar rinqdə keçirdiyi 14 döyüşün 12-də (8 nokaut) qələbə qazanıb, bir görüşdə uduzub və bir dəfə heç-heçə edib.
Qeyd edək ki, Ə.İsmayılov indiyədək peşəkar rinqdə keçirdiyi 14 döyüşün 12-də (8 nokaut) qələbə qazanıb, bir görüşdə uduzub və bir dəfə heç-heçə edib.
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
0
0