Beynəlxalq Taekvondo Federasiyası 2009-cu ildə keçiriləcək Dünya Kubokunun təşkilatçılıq hüququnu Azərbaycana verib
07.05.2008 - 17:58
Baş Assambleyada 2009-cu ildə milli komandalar arasında keçiriləcək Dünya Kubokunun ev sahibinin adı açıqlanıb. Bu nüfuzlu yarışı təşkil etmək üçün namizədliyini irəli sürən ölkəmiz bütün rəqiblərini qabaqlamağı bacarıb. Beləliklə, WTF rəsmiləri gələn il Dünya Kubokunun Azərbaycanda baş tutacağını rəsmən bəyan ediblər. Bundan başqa, beynəlxalq yarışlara görə ev sahiblərinin gələcəkdə dünyanın ən ali taekvondo qurumunun büdcəsinə 30 min ABŞ dolları köçürməsi barədə qərar verilib. Bu məbləğin böyük hissəsi maliyyə böhranı yaşayan milli assosiasiyaların beynəlxalq turnirlərə qatılmalarına xərclənəcək. Baş Assambleyada, həmçinin, Qambiya, Malavi, Marşall adaları, Çernoqoriya və Uqanda WTF-yə tamhüquqlu üzv seçiliblər.
Qeyd edək ki, ötən il Avropa Taekvondo İttifaqının Baş Assambleyasının Bakıda keçirilmiş iclasında ölkəmiz 2010-cu il klublararası qitə çempionatının ev sahibi adını qazanmışdı.
Qeyd edək ki, ötən il Avropa Taekvondo İttifaqının Baş Assambleyasının Bakıda keçirilmiş iclasında ölkəmiz 2010-cu il klublararası qitə çempionatının ev sahibi adını qazanmışdı.
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
0
0