Azərbaycan yığmasının Əli Əliyevin xatirə turnirində çıxış edəcək heyəti açıqlanıb
08.05.2008 - 16:29
Mahaçqala. Elşən Məmmədov-APA-Sport. Mayın 10-da Rusiyanın Mahaçqala şəhərində Əli Əliyevin xatirəsinə beynəlxalq sərbəst güləş turniri start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, iki gün davam edəcək yarışda qüvvəsini sınayacaq ondan çox ölkə arasında Azərbaycan millisi də olacaq. Yığmamızın dağıstanlı baş məşqçisi Maqomedxan Aratsilov turnirdə 7 mümkün çəki dərəcəsindən 6-da 15 pəhləvana şans verəcək. Belə ki, millimizin heyətində Arif Zamanov, Mədət Süleymanov, Ceyhun Əliyev (hamısı 55 kq), Namiq Sevdimov, Zəlimxan Hüseynov, Allahverdi Vəliyev, Nəbi Hənifəyev, Cəlal Süleymanov (hamısı 60 kq), Emin Əzizov, Qılman Novruzov, Ramazan Əbdürrəhmanov (hamısı 66 kq), Çamsulvara Çamsulvarayev, Əşrəf Əliyev (hər ikisi 74 kq), Eldar Atakişiyev (96 kq) və Əli İsayev (120 kq) yer alacaqlar.
Qeyd edək ki, sərbəst güləşçilərimiz aprelin 25-dən Mahaçqalada təlim-məşq toplantısındadırlar.
Qeyd edək ki, sərbəst güləşçilərimiz aprelin 25-dən Mahaçqalada təlim-məşq toplantısındadırlar.
- Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışına start verilib
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
0
0