Səkkiz ölkənin cüdo yığması Bakıya gəlir
08.05.2008 - 16:54
Bakı. Aqşin Əliyev-APA-Sport. Bakıda iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirəsinə həsr olunan cüdo üzrə beynəlxalq turnir keçiriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, sayca 31-ci dəfə təşkil ediləcək yarışda yeniyetmə qızlar və oğlanlar qüvvələrini sınayacaqlar. Turnirə Azərbaycanla yanaşı, Rusiya, Gürcüstan, Türkiyə, İran, Özbəkistan, Qazaxıstan və Danimarka idmançıları qatılacaqlar. Yarışın açılış mərasimi mayın 11-də saat 17:00-da Bakı İdman Sarayında baş tutacaq. Milli Olimpiya Komitəsi, Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkil etdiyi turnir mayın 12-də yekunlaşacaq.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0