Millət vəkili Adil Əliyev dünya çempionatının finalına yüksəlib
08.05.2008 - 18:01
Limasol. Elşən Məmmədov - APA-Sport. Kiprin Limasol şəhərində keçirilən Beynəlxalq Həvəskar Kikboksinq Assosiasiyasının (WPKA) versiyası üzrə dünya çempionatında Azərbaycanın 6 idmançısı finala vəsiqə qazanıb. Bu haqda “APA-Sport” agentliyinə Kikboksinq Federasiyasının vitse-prezidenti Oqtay Mehdiyev məlumat verib. Onun sözlərinə görə, həlledici mərhələdə Eduard Məmmədovla Elnur Dəryagir bir-biri ilə döyüşəcək. Belə ki, 60 kq çəkidə lou-kik versiyasında çıxış edən hər iki idmançımız finala çıxıb. 64,5 kq çəkidə də eyni hal baş verib. Bəxtiyar İsgəndərzadə və Rəhim Allahverdiyev həlledici qarşılaşmada döyüşəcəklər. Daha bir idmançımız Kamil Kərimov (76 kq) da yarımfinal səddini uğurla adlayıb. Veteranlar arasında isə Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev finala çıxıb.
Qeyd edək ki, dünya çempionatına mayın 10-da yekun vurulacaq.
Qeyd edək ki, dünya çempionatına mayın 10-da yekun vurulacaq.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0