Azərbaycan şahmatçısı Sofiyada keçirilən ənənəvi «M-Tel Masters» superturnirinin ikinci turunda heç-heçə edib
10.05.2008 - 10:20
Bakı. Elşən Məmmədov - APA-Sport. Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ənənəvi «M-Tel Masters» şahmat superturnirində ikinci tura yekun vurulub. «APA-Sport» agentliyinin məlumatına görə, Azərbaycanın yarışda yeganə təmsilçisi Teymur Rəcəbov qara fiqurlarla Bu Xianqzilə (Çin) qarşılaşıb. Görüş 45-ci gedişdə heç-heçə ilə başa çatıb. Digər oyunlara gəldikdə, ilk turda T. Rəcəbovu məğlub etmiş Vasili İvançuk (Ukrayna) Veselin Topalova (Bolqarıstan) qalib gəlib. Levon Aronyan (Ermənistan) və İvan Çeparinov (Bolqarıstan) arasındakı görüş isə heç-heçə ilə nəticələnib. İlk iki turdan sonra V. İvançuk 2 xalla liderdir. T. Rəcəbov isə B. Xianqzi və L. Aronyanla birgə 0,5 xalla 4-6-cı yerləri bölüşdürür. Üçüncü turda həmyerlimiz Ermənistan təmsilçisi ilə qarşılaşacaq.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0