Azərbaycan bodibildinq çempionatının qalibləri müəyyənləşib
12.05.2008 - 15:43
Bakı. Aqşin Əliyev - APA-Sport. Şirvan şəhərində bodibildinq üzrə növbəti Azərbaycan çempionatı keçirilib. Azərbaycan Bodibildinq Federasiyasının prezidenti Rauf Bünyadəliyevin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, yarışda Bakı, Gəncə, Sumqayıt və Şirvandan ümumilikdə 13 idmançı mübarizə aparıb. Əvvəlkilərdən fərqli, budəfəki çempionatda çəki və boy limiti olmayıb. Klassik bodibildinqdə Fərhad Quliyev ölkə çempionu tituluna yiyələnib. Bodibildinq yarışında isə Vüqar Verdiyevlə Həmid Keşani arasında gərgin mübarizə gedib. Sonda rəqibini xal fərqində geridə qoyan V.Verdiyev birinci yeri tutub. Uzun müddət İranda yaşamış əslən azərbaycanlı H.Keşani debüt ilində gümüş medala sahib çıxıb.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0