Azərbaycan güləşçiləri İstanbulda 2 qızıl, 6 bürünc medal qazanıblar
12.05.2008 - 15:44
İstanbul. Elşən Məmmədov-APA-Sport. Türkiyənin İstanbul şəhərində keçirilən gənclər arasında güləş üzrə beynəlxalq turnirə yekun vurulub. «APA-Sport» agentliyinin məlumatına görə, yarışda çıxış edən Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası 2 qızıl, 6 bürünc medal qazanıb. Qızıl medallara Taleh Məmmədov (50 kq) və Elçin Alıyev (55 kq) sahib çıxıb. Bürünc medallara isə Rəşid Bünyatov (55 kq), Hacıxan Mustafayev, Araz Əliyev (hər ikisi 60 kq), Tural Hüseynov (66 kq), Elvin Mürsəliyev və Elməddin Abdullayev (hər ikisi 74 kq) yiyələnib. 16 ölkənin qatıldığı turnirdə millimiz ümumi komanda hesabında Türkiyə və İrandan sonra 3-cü yeri tutub.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0