Bakıda keçiriləcək bilyard üzrə VII Avropa çempionatının iştirakçılarının yekun siyahısı müəyyənləşib
12.05.2008 - 17:10
Bakı. Kənan Həsənov - APA-Sport. Mayın 15-də Bakı Olimpiya Kompleksində start götürəcək bilyard üzrə VII Avropa çempionatının iştirakçılarının yekun siyahısı müəyyənləşib. “APA-Sport” agentliyinin Bilyard İdmanı Federasiyasının mətbuat katibliyinə istinadən verdiyi məlumata görə, çempionatda 10 ölkədən - Azərbaycan, Belarus, Gürcüstan, Almaniya, Latviya, Litva, Moldova, Rusiya, Ukrayna və Finlandiyadan 32 kişi və 16 qadın idmançı mübarizə aparacaq. Ölkəmizi bu nüfuzlu yarışda beynəlxalq dərəcəli idman ustası Seymur Məmmədov və idman ustaları Azər Hacıyevlə Seyhun Ağayev təmsil edəcəklər. Əcnəbi bilyardçılardan hansısa Bakıya gəlməsə, onları milli komandamızın üzvləri - Rauf Mustafayev, Niyazi Xələfov, Aqşın Ələsgərov və Yəhya Məmmədov əvəzləyəcək.
Mayın 18-dək davam edəcək Avropa çempionatı çərçivəsində Piramida üzrə Avropa Komitəsinin yeni prezidentinin seçilməsi ilə bağlı Hesabat Konfransı keçiriləcək.
Mayın 18-dək davam edəcək Avropa çempionatı çərçivəsində Piramida üzrə Avropa Komitəsinin yeni prezidentinin seçilməsi ilə bağlı Hesabat Konfransı keçiriləcək.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0