Azərbaycanın ən güclü avarçəkənləri müəyyənləşib
13.05.2008 - 10:52
Mingəçevir. Elşən Məmmədov-APA-Sport. Mingəçevir şəhərindəki “Kür” Təlim-Tədris Mərkəzində keçirilən akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub. 150-dən çox idmançının iştirak etdiyi ölkə birinciliyi 18 və 23 yaşadək yaş qruplarında keçirilib. Akademik qayıqlarda avarçəkənlər yalnız 2000 metr məsafəyə yarışıblar. Fərdi mübarizələrdə 18 yaşlılardan Cavid Əfəndiyev, 23 yaşlılardan isə Dostməmməd Dostməmmədov I yeri tutub. Kayak yarışlarında 18 yaşlılardan Rüfət Vəlizadə 1000 və 500 metr, Orxan Mahmudlu isə 200 metr məsafəyə mübarizədə fərqlənib. 23 yaşlılardan Fikrət Zeynalov 1000, 500 və 200 metr məsafələri dəf etməkdə hamıdan güclü olub. Kanoeçilərin mübarizəsinə gəldikdə, 18 yaşlılardan Qabil İsmayılzadə hər üç məsafəyə keçiddə fərqlənib. 23 yaşlılardan Samir Həmidov 1000, Aleksandr Kasatkin 500, Valentin Demyanenko isə 200 metr məsafəyə yürüşdə I olublar.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0