Azərbaycan cüdoçuları “Tatamidə tayfun” adlı beynəlxalq turnirdə 1 qızıl, 1 bürünc medal qazanıblar
13.05.2008 - 17:27
Bakı. Aqşin Əliyev - APA-Sport. 20 yaşadək gənc oğlan və qızlar arasında Ukraynanın paytaxtı Kiyevdə keçirilən “Tatamidə tayfun” adlı beynəlxalq cüdo turniri başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanın 12 oğlan və 5 qız cüdoçusu mübarizə aparıb. Baş məşqçi Fərhad Məmmədovun yetirmələrindən ikisi fəxri kürsüyə yüksəlib. Belə ki, Ramin Qurbanov (81 kq) bütün rəqiblərinə qalib gələrək, çempion olub. 70 kq çəki dərəcəsində güləşən Rəqiyyə Qarayeva isə bürünc medala yiyələnib. Bundan başqa, Asim Qocayev (60 kq) və Eldar Məmmədov (100 kq) medal qazanmağa yaxın olsalar da, 5-ci yerlə kifayətləniblər. Turnir yekunlaşdıqdan sonra üçgünlük beynəlxalq təlim-məşq toplanışı başlanıb. Bu hazırlıq prosesində iştirak edən cüdoçularımız vətənə mayın 15-də dönəcəklər.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0