Avropa Piramida Komitəsinin prezidenti Aleksandr Sokolov: “Bakıya qitənin ən güclü bilyardçıları toplaşıb”
14.05.2008 - 16:49
Bakı. Kənan Həsənov - APA-Sport. “Avropa çempionatında kimin qələbə qazanacağını demək çətindir. İddialı gənclərlə təcrübəli idmançılar arasında gərgin mübarizə gedəcək. Azərbaycan bilyardçıları da uğurlu çıxış edə bilərlər. Mən ən güclünün qalib gəlməsini istəyirəm”. “APA-Sport” agentliyinin məlumatına görə, bunu Avropa Piramida Komitəsinin (AKP) prezidenti Aleksandr Sokolov bu gün təşkil edilən mətbuat konfransında deyib. AKP rəsmisi sabah Bakı Olimpiya Kompleksində startı veriləcək Avropa çempionatına qatılan ölkələrin sayında problem görmədiyini bildirib: “Bizim təşkilat cəmi 6 ildir yaranıb. Üzvlərimizin sayı o qədər də çox deyil. Bakıda 10 ölkənin bilyardçısı iştirak edəcək ki, bunun da obyektiv səbəbləri var. Birincisi, məsafə çox uzaqdır. İkincisi, bəzi Avropa ölkələri təmsilçilərinin çempionatda medal qazanmaq şansı yoxdur. Amma istənilən halda, Bakıya Avropanın ən güclü bilyardçıları toplaşıb”.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0