Sabah Bakıda start götürəcək VII Avropa çempionatında altı Azərbaycan bilyardçısı iştirak edəcək
14.05.2008 - 16:59
Bakı. Kənan Həsənov - APA-Sport. Sabah Bakı Olimpiya Kompleksində bilyard üzrə VII Avropa çempionatı start götürəcək. “APA-Sport” agentliyinin Bilyard İdmanı Federasiyasının prezidenti İlham Aslanova istinadən verdiyi məlumata görə, çempionatda 10 ölkədən - Azərbaycan, Belarus, Gürcüstan, Almaniya, Latviya, Litva, Moldova, Rusiya, Ukrayna və Finlandiyadan 32 kişi və 16 qadın idmançı mübarizə aparacaq. Ölkəmizi bu nüfuzlu yarışda Seymur Məmmədov, Azər Hacıyev, Seyhun Ağayev, Rauf Mustafayev, Aqşin Ələsgərov və Yəhya Məmmədov təmsil edəcək. Sabah saat 11:00-da başlayacaq yarışın təntənəli açılış mərasimi 17:00-da keçiriləcək. 15000 ABŞ dolları mükafat fondu olan birinciliyə mayın 18-də yekun vurulacaq. Çempionat çərçivəsində Avropa Piramida Komitəsinin yeni prezidentinin seçilməsi ilə bağlı Hesabat Konfransı keçiriləcək.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0