Azad Rəhimov: “Pekin Olimpiadasına Namiq Sevdimovun əvəzinə Namiq Abdullayev aparılsa, məsuliyyəti məşqçilər daşıyacaqlar”
16.05.2008 - 16:09
Otüstü hokkey yığmamızın hakimlərin səhvi ucbatından olimpiadadan kənarda qaldığını bildirən nazir boksçuların çıxışından narazılığını gizlətməyib: “Boks növündə qazanılan lisenziyaların sayı da ürəkaçan deyil. Afina Olimpiadası ilə müqayisədə bu göstərici xeyli azdır. Ümidvaram ki, ölkəmiz 2012-ci il London Yay Olimpiya Oyunlarında daha çox boksçu ilə təmsil olunacaq”. A.Rəhimov sərbəst güləşçi, Sidney Olimpiadasının qalibi Namiq Abdullayevin də durumuna toxunub. O, N.Abdullayevin Pekinə aparılıb-aparılmayacağı barədə qərarı məşqçilərin verəcəyini vurğulayıb: “Sevindirici haldır ki, Namiq Sevdimov da qarşıdakı mötəbər yarışa vəsiqə qazanıb. Ancaq onun əvəzinə 55 kq çəki dərəcəsində Namiq Abdullayevin güləşməsi üçün qərarı yığmanın məşqçilər korpusu çıxarmalıdır. Pekin Olimpiadasına Sevdimovun əvəzinə Abdullayev aparılsa, məsuliyyəti məşqçilər daşıyacaqlar”.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0