Azərbaycan cüdoçusu Kifayət Qasımova Dünya Kubokunun bürünc medalı uğrunda görüşə vəsiqə qazanıb - YENİLƏNİR
23.05.2008 - 16:09
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan cüdoçusu Kifayət Qasımova Rusiyanın paytaxtı Moskvada keçirilən super kateqoriyalı Dünya Kubokuna qələbə ilə başlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, 25 yaşlı idmançımız ilk mərhələdə braziliyalı Danielli Yuri Barbosanı sınağa çəkib. 63 kq çəki dərəcəsində çıxış edən K.Qasımova rəqibini ippon fəndinə salaraq, vaxtından əvvəl qələbə qazanıb. Daha sonra Avropa çempionatının bürünc mükafatçısı 1/4 finalda Emmanuel Paye (Fransa) ilə qarşılaşıb. Bu dəfə xanım cüdoçumuz özü ippon fəndinə düşüb. Buna baxmayaraq, K.Qasımova təsəlliverici mərhələyə yüksəlib. Onun növbəti rəqibi rusiyalı Anastasiya Beloivanova olub. Lakin A.Beloivanova tatami üzərinə çıxmadığından milli komandamızın üzvünə texniki qələbə verilib. Üçüncü yer uğrunda görüşə vəsiqə qazanmaq üçün daha bir Rusiya təmsilçisi Marta Labazina ilə güləşən K.Qasımova 25-ci saniyədə ippon fəndi sayəsində rəqibini məğlub edib. O, bürünc medal qazanmaq üçün yunanıstanlı İoulietta Boukouvalaya qalib gəlməlidir. Eyni çəki dərəcəsində yarışan digər həmvətənimiz Gözəl Zutova isə debütdə belçikalı Katrien Verhekeyə uduzaraq, mübarizəni erkən dayandırıb.
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0