Avropa çempionatının gümüş mükafatçısı Elxan Məmmədov çəki problemi ucbatından Dünya Kubokundan kənarda qalıb
23.05.2008 - 17:54
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan cüdo yığmasının üç üzvünün Rusiyanın paytaxtı Moskvada təşkil olunan super kateqoriyalı Dünya Kubokundan kənarda qalmasının səbəbləri müəyyənləşib. Cüdo Federasiyasının mətbuat xidmətindən “APA-Sport” agentliyinə verilən məlumatına görə, Pekin Yay Olimpiya Oyunlarına vəsiqə qazanmış Ramil Qasımov (66 kq) mümkün zədədən qorunmaq məqsədilə yarışa qatılmayıb. Ramilə Usubovanın (63 kq) köhnə zədəsi büruzə verdiyindən onun güləşməsi məqsədəuyğun sayılmayıb. Avropa çempionatının gümüş mükafatçısı Elxan Məmmədova (90 kq) gəlincə, o, tam fərqli səbəbdən Superkubokda iştirak etməyib. 26 yaşlı idmançı mayın 22-də püşkatmaya qatılsa da, çəkisi 90 kq-dan artıq gəldiyi üçün onu turnirə buraxmayıblar. Məşqçilər E.Məmmədovun Pekin Yay Olimpiya Oyunları ərəfəsində çəkisini salaraq, fiziki çətinliklə üzləşməsinə lüzum görməyiblər. Beləliklə, Moskvaya aparılan 9 cüdoçudan 6-sı Superkubokda qüvvəsini sınayıb. Buna baxmayaraq, yığmamız 26-29 may aralığında keçiriləcək beynəlxalq təlim-məşq toplanışına tam heyətlə iştirak edəcək .
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
- WADA-nın qadağan edilmiş maddələrin siyahısının qüvvəyə minəcəyi tarix müəyyənləşib
- Qılıncoynatma üzrə Azərbaycan birinciliyinə yekun vurulub
0
0