Azərbaycan şahmatçıları İspaniyada keçirilən beynəlxalq turnirlərə qələbə ilə başlayıblar
23.08.2008 - 12:31
“APA-Sport” agentliyinin məlumatına görə, Barselona şəhərində təşkil olunan yarışa qatılan Namiq Quliyev I turda yerli şahmatçı Xuan Riberanı məğlub edib. Beynəlxalq qrossmeysterimizin növbəti rəqibi Hans Kroq Harestad (Norveç) olacaq. Avqustun 31-də başa çatacaq turnirdə 290 şahmatçı iştirak edir.
Loğman Quliyevlə Rəşad Babayev isə Kollado Villalba şəhərində keçirilən yarışa qələbə ilə başlayıblar. Təmsilçilərimiz ilk oyunda ispaniyalı rəqiblərini məğlub ediblər. Onlar II turda da yerli şahmatçıları sınağa çəkəcəklər. Avqustun 30-dək davam edəcək bu turnirə 106 şahmatçı qatılıb.

- Gədəbəydə velosipedçilərlə görüş keçirilib - FOTO
- Əhməddin Rəcəblinin 80 illik yubileyi qeyd olunub
- Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Yığma komandalarımız Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcək - FOTO
- Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
0
0