Dünyanın ən titullu idmançısı karyerasını London Olimpiadasından sonra başa vuracaq
25.08.2008 - 16:38
Pekin. Elşən Məmmədov - APA-Sport. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 8 qızıl medal qazanmış ABŞ üzgüçüsü Maykl Felps 2012-ci ildə peşəkar karyerasını başa vuracaq. “APA-Sport” agentliyinin məlumatına görə, 23 yaşlı idmançı həmin il Londonda keçiriləcək növbəti olimpiadadan sonra heç bir yarışa qatılmaq fikrində deyil. M. Felps bunun səbəbini belə izah edib: “30 yaşımdan sonra turnirlərdə iştirak etmək istəmirəm. Nəzərə alsaq ki, 2016-cı il olimpiadasında 30 yaşımı haqlamış olacağam, buna görə 4 ildən sonra karyeramı bitirməliyəm”. Dünyanın ən titullu idmançısı bununla bağlı hələ uşaqlıqdan birgə çalışdığı məşqçisi Bob Boumenlə də söhbətləşib: “Məşqçim bu xəbəri yaxşı qarşıladı və zarafatca dedi ki, onsuz da səninlə uzun müddət çalışmaq fikrində deyiləm”.
Qeyd edək ki, M. Felps Pekində əldə etdiyi 8 qızıl medalla 1972-ci il Münhen Olimpiadasında fəxri kürsünün ən yüksək pilləsinə 7 dəfə qalxmış həmyerlisi, üzgüçü Mark Spitsi üstələyib. Hazırda M. Felpsin şəxsi kolleksiyasında olimpiadanın 14 qızıl və 2 bürünc medalı var.

- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0