İlham Mədətov: “Pekində idmançılarımızdan götürülən dopinq-testlərin müsbət nəticələnəcəyinə inanmıram”
26.08.2008 - 15:45
Bakı. Elşən Məmmədov - APA-Sport. “Pekin Olimpiadasında Azərbaycan idmançılarının dopinq-testlə bağlı heç bir problemi olmayıb”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Çinin paytaxtı Pekində keçirilmiş XXIX Yay Olimpiya Oyunlarında Azərbaycanın şef de-missionu, Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov deyib. Onun bildirdiyinə görə, olimpiadaya qatılmış 44 idmançımızın hamısı yarış öncəsi dopinq nəzarətindən keçib və heç bir testin nəticəsi müsbət olmayıb. İ. Mədətov turnir zamanı hər növ üzrə ilk “beşliy”ə düşən təmsilçilərimizin dopinq-testdən keçdiyini söyləyib. O, həmin idmançılarımızın orqanizmindən istifadəsi qadağan olunmuş dərman preparatının tapılmayacağına əminliyini ifadə edib: “Dopinq-testin nəticəsi çox qısa müddətdə bilinir. Sonuncu dəfə ilk “beşliy”ə düşən taekvondoçumuz Rəşad Əhmədov olub ki, o da avqustun 22-də döyüşüb. İndiyədək nə Əhmədov, nə də digər idmançılarımızın dopinq-testdən keçə bilmədikləri haqda məlumat almışıq”.
Qeyd edək ki, Pekin Olimpiadasında idmançılardan ümumilikdə 4500-dən çox dopinq-test götürülüb ki, bunların da 12-si azərbaycanlıların payına düşür.
Qeyd edək ki, Pekin Olimpiadasında idmançılardan ümumilikdə 4500-dən çox dopinq-test götürülüb ki, bunların da 12-si azərbaycanlıların payına düşür.
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
0
0