Mövlud Mirəliyev: “Yarımfinalda uduzduğum monqolustanlı cüdoçunun dopinqdən istifadə etdiyini duymuşdum”
26.08.2008 - 17:30
- Karyeranızın qürub çağında qazandığınız bürünc medalı gecikmiş uğur kimi dəyərləndirmək olar?
- Əlbəttə. Artıq 25 ildən çoxdur idmandayam. Əvvəllər məşğul olduğum samboda bütün nailiyyətləri qazanmışam, dünya və Avropa çempionatlarında mükafatlara sahib çıxmışam. Özümü olimpiya növü olan cüdoda 2002-ci ildən yoxlamaq qərarına gəldim. Təbii ki, yay olimpiya oyunlarından medalla qayıtmaq və adını tarixə yazdırmaq bütün idmançıların arzusudur. 2004-cü il Afina Olimpiadasında da medal qazanmağa yaxın idim. Bürünc medal uğrunda görüşdə almaniyalı cüdoçuya uduzaraq, 5-ci yeri tutdum. Pekin Yay Olimpiya Oyunlarına isə məşqçilərimizlə birgə daha ciddi hazırlaşmışdıq. Əldə etdiyimiz bir qızıl, bir bürünc medal düzgün hazırlıq proqramı qurduğumuzu sübuta yetirdi.
- Yarımfinalda uduzduğunuz monqolustanlı cüdoçu Tuvşinbayar Naydanın dopinq-testinin müsbət nəticə verdiyi bildirilir. Siz Naydanla görüş zamanı onun qadağan olunmuş dərman preparatından yararlandığını hiss etdiniz?
- Bəli. Naydan demək olar ki, bütün güclü idmançılara qalib gəldi. Onun məğlub etdiyi cüdoçular arasında olimpiya və dünya çempionları da var idi. Nə qədər mübarizə aparsa da, yorulmurdu. Sanki hər döyüşə yeni qüvvə ilə çıxırdı. Onunla görüşüm 7 dəqiqəyədək çəkdi. Əsas vaxtda heç birimiz xal qazana bilmədik. Ardından qızıl xal prinsipi üzrə mübarizə apardıq. Görüş vaxtı onun dopinq qəbul etdiyini duymuşdum. Sonradan Naydandan götürülən hər iki dopinq-testin müsbət nəticələnəcəyini öyrəndim. İndi rəsmi qərarı gözləyirik. Naydanın istifadəsi qadağan olunmuş dərman preparatından yararlandığı təsdiqlənərsə, yəqin ki, mənə bürünc yox, gümüş medal veriləcək.
- Çox güman ki, rəqibiniz dopinq qəbul etməsəydi, onu məğlub edərək, finalda qazaxıstanlı Asxat Jitkeyevlə güləşəcəkdiniz. Belə çıxır ki, qızıl medal qazanmaq şansınız kifayət qədər imiş...
- Düzü, mən Jitkeyevlə bir neçə dəfə üz-üzə gəlmişəm və həmişə qələbə qazanmışam. Elə Afina Olimpiadasında da onu məğlub etmişdim. Bu dəfə də finala çıxsaydım, qazaxıstanlı cüdoçunu üstələyəcəkdim. Amma nə etmək olar? Qayda belədir ki, dopinq-testi müsbət nəticələnən idmançı medaldan məhrum olunarsa, onun mükafatı özündən sonrakı yeri tutana verilməlidir. Biz də qaydalara əməl etməliyik.
- Artıq 34 yaşınız var. 2012-ci il London Olimpiadasında da çıxış etməyə iddialısınız?
- İnşallah, qatılmaq fikrim var. Hansısa ağır yarışdan sonra insanda yorğunluq yaranır və idmandan getmək istədiyini bildirir. Lakin bir müddət istirahət etdikdən sonra yeni qüvvə ilə mübarizəyə atılmağı qərara alır. Bu baxımdan, London Yay Olimpiya Oyunlarında iştirak etmək üçün əlimdən gələni edəcəyəm.
- Pekindən qayıtdıqdan sonra doğulduğunuz Gəncə şəhərində olmusunuzmu?
- Xeyr, hələ getməmişəm. Gəncəni 2002-ci ildə ailəliklə tərk edərək, Bakıya gəlmişik. Həmin vaxtdan paytaxtda cüdo məşqlərinə qatılmışam. Gəncədə isə sambo ilə məşğul olmuşam. Asudə vaxtlarımda ikinci ən böyük şəhərimizə gedirəm. Ancaq Pekindən qayıdandan bəri Gəncəyə yollanmağa vaxtım olmayıb.
- Bəs Gəncə şəhərinin rəhbərliyi və ya idman ictimaiyyəti ilə görüşə dəvət almamısınız?
- Yəqin ki, belə görüş olacaq. Görünür, onlar olimpiadadan tez qayıtdığımı bilmirlər. Sonuncu dəfə Gəncə idmançılarından Aydın İbrahimov 1964-cü il Tokio Olimpiadasında sərbəst güləş növündə bürünc medal qazanıb. Həmin vaxtdan ölkəmizin ikinci ən böyük şəhərinin idmançılarından heç biri yay olimpiya oyunlarında fəxri kürsüyə yüksələ bilməyib. Yalnız 44 il sonra mən İbrahimovun uğurunu təkrarladım. Əgər 2004-cü il olimpiadasında Gəncədən təkcə mən iştirak edirdimsə, Pekinə daha bir gəncəli cüdoçu Ramil Qasımov da yollanmışdı. Deməli, doğma şəhərimdə inkişaf var.

- Gədəbəydə velosipedçilərlə görüş keçirilib - FOTO
- Əhməddin Rəcəblinin 80 illik yubileyi qeyd olunub
- Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Yığma komandalarımız Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcək - FOTO
- Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
0
0