Şəhriyar Məmmədyarov Rusiyada keçirilən beynəlxalq turnirdə 10 şahmatçı arasında 9-cu yeri tutub
28.08.2008 - 10:28
Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın paytaxtı Moskvada Mixail Talın xatirəsinə həsr olunan XX kateqoriyalı beynəlxalq şahmat turnirinə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, son turda baş tutan görüşlərin hamısı heç-heçə nəticələnib. Axırıncı oyun ərəfəsində mükafatçılar sırasına düşmək şansını itirən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov keçmiş dünya çempionu Vladimir Kramniklə (Rusiya) qarşılaşmada xal bölgüsünə razılaşıb. Vasili İvançuk (Ukrayna) - Aleksey Şirov (İspaniya), Yevgeni Alekseyev (Rusiya) - Peter Leko (Macarıstan), Qata Kamski (ABŞ) - Ruslan Ponomaryov (Ukrayna), Boris Qelfand (İsrail) - Aleksandr Morozeviç (Rusiya) görüşlərində də qalib müəyyənləşməyib. Yekunda turnirin qalibi adını 6 xal toplayan V. İvançuk qazanıb. Keçirdiyi 9 oyunda cəmi 3,5 xal əldə edən Ş. Məmmədyarov 9-cu yeri tutub. Təmsilçimiz yalnız A. Şirovu yarım xal qabaqlaya bilib. Sabah Ş. Məmmədyarovun da iştirakı ilə blits-turnir start götürəcək.
- Gədəbəydə velosipedçilərlə görüş keçirilib - FOTO
- Əhməddin Rəcəblinin 80 illik yubileyi qeyd olunub
- Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Yığma komandalarımız Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcək - FOTO
- Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
0
0