Azərbaycan şahmatçısı İlahə Qədimova dünya çempionatında uğursuzluğa düçar olub
01.09.2008 - 10:05
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan şahmatçısı İlahə Qədimova Rusiyanın Nalçik şəhərində keçirilən dünya çempionatında mübarizəni erkən dayandırıb. “APA-Sport” agentliyinin məlumatına görə, həmvətənimiz 1/32 finalda Elizabet Peytsə (Almaniya) 2:3 hesabı ilə məğlub olub. Klassik oyunlarda rəqiblər hərəyə bir qələbə qazanıblar. Tay-breykdə isə almaniyalı şahmatçı İ. Qədimovanı üstələyib.
Qeyd edək ki, müxtəlif səbəblərdən 11 idmançı dünya çempionatına qatılmayıb. Sentyabrın 18-də yekunlaşacaq birinciliyinin mükafat fondu 450 000 ABŞ dollarına bərabərdir.
Qeyd edək ki, müxtəlif səbəblərdən 11 idmançı dünya çempionatına qatılmayıb. Sentyabrın 18-də yekunlaşacaq birinciliyinin mükafat fondu 450 000 ABŞ dollarına bərabərdir.
- Gədəbəydə velosipedçilərlə görüş keçirilib - FOTO
- Əhməddin Rəcəblinin 80 illik yubileyi qeyd olunub
- Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Yığma komandalarımız Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcək - FOTO
- Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
0
0