Azərbaycan Premyer Liqasında 20 günlük fasilə yaranıb
01.09.2008 - 10:35
Azərbaycan Premyer Liqasında 20 günlük fasilə yaranıb
Roman Pokoranın yetirmələri “Neftçi” ilə səfər qarşılaşmasında ilk xal itkisinə məruz qalsalar da, qolsuz heç-heçə sayəsində birinci sıranı əldən verməyiblər. “Simurq”un büdrəməsindən yararlanan “Bakı” “Qarabağ”ı məğlub edərək, liderlər qrupunda yerini möhkəmləndirib. Eyni zamanda, Qyoko Hacievskinin rəhbərlik etdiyi kollektiv çempionatda qol buraxmayan yeganə komandadır.
“İnter” öz meydanında “Qəbələ”nin müqavimətini qıra bilmədiyindən, cari mövsümdə ən çox heç-heçə edən kluba çevrilib. Ardıcıl ikinci qələbəsini qazanan “Xəzər-Lənkəran” isə mövqeyini xeyli yaxşılaşdırıb. “Karvan” doğma publika önündə yenə qalib gəlib. Yunis Hüseynovun komandası Yevlaxda hələlik maksimum nəticə göstərib. Paytaxt derbisində “Bakılı” üzərində qələbə qazanan “Olimpik” məğlubiyyət nə olduğunu bilmir. MOİK-ə gəlincə, “hərbçilər” “Turan”ın qapısına iki cavabsız top vuraraq, “təhlükəli zona”dan uzaqlaşıblar.

IV tur

30 avqust (şənbə)

“Xəzər-Lənkəran” – NBC – 2:1

Ramulo Silvano, 34, Rahid Əmirquliyev, 38 – Fərid Quliyev, 59.

“İnter” – “Qəbələ” – 1:1
Valter Quqlemon, 85 - Tyaqu da Silva, 23.

“Qarabağ” – “Bakı” – 0:2
Amiran Muciri, 5, Fabio Luis Ramim, 80.

“Neftçi” – “Simurq” – 0:0

31 avqust (bazar)

MOİK – “Turan” – 2:0

İsmayıl Məmmədov, 40, Eldəniz Məmmədov, 51.

“Karvan” – “Standard” – 3:1
Anatoli Doroş, 5, 20, Aqil Məmmədov, 45+1 – Anhel Qutyerres, 50.

“Bakılı” – “Olimpik” – 1:2
Asif Abbasov, 90+3-pen. – Samir Musayev, 23, Mahir Şükürov, 85.

komandalar

O

Q

H

M

T

X

1

Simurq

4

3

1

0

6-2

10

2

Bakı

4

3

1

0

4-0

10

3

Karvan

4

3

0

1

6-2

9

4

Olimpik

4

2

2

0

5-3

8

5

Qəbələ

4

2

1

1

8-3

7

6

İnter

4

1

3

0

5-2

6

7

Xəzər-Lənkəran

3

2

0

1

5-3

6

8

Standard

4

2

0

2

4-7

6

9

Neftçi

4

1

1

2

1-2

4

10

Qarabağ

4

1

1

2

4-6

4

11

MOİK

4

1

0

3

2-5

3

12

NBC

4

1

0

3

4-8

3

13

Turan

3

0

0

3

1-6

0

14

Bakılı

4

0

0

4

3-9

0



Bombardirlər: Fərzad Hatəmi (“Qəbələ”), Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”) – 3.

Növbəti turun oyunları:
20 sentyabr: “Olimpik” – “Xəzər-Lənkəran”, “Qəbələ” – “Qarabağ”, NBC - MOİK, 21 sentyabr: “Standard” – “Bakılı”, “Bakı” – “Karvan”, “Simurq” – “İnter”, “Turan” – “Neftçi”.