Mövlud Mirəliyevə qalib gəlmiş monqolustanlı cüdoçuya 3 milyon dollar pul, 16 mənzil, 9 xarici maşın və 5 kiloqram qızıl verilib
01.09.2008 - 11:33
Bununla yanaşı, sponsorlar da idmançıları yaddan çıxarmayıblar. Onlar qızıl medalçıların hər birinə 3 milyon ABŞ dolları, 16 mənzil, 9 xarici maşın və 5 kiloqram qızıl bağışlayıblar. Üstəlik, T. Naydana qeyri-adi telefon nömrəsi – 99 999 999 hədiyyə olunub. Monqolustanda 9 uğurlu rəqəm sayılır. Bu ölkənin idman tarixində ilk dəfə olimpiya çempionu adını qazanmış T. Naydan və B. Enxbata “Monqolustanın əməkdar idman ustası” şəhadətnaməsi və dövlətin əsas mükafatı sayılan “Əmək qəhrəmanı” ordeni verilib.
Qeyd edək ki, T. Naydan Pekin olimpiadasının yarımfinalında Azərbaycan yığmasının üzvü Mövlud Mirəliyevə qalib gəlib. Həmvətənimiz məhz monqolustanlı rəqibinə uduzduğundan daha yüksək əyarlı medal qazana bilməyib və nəticədə “bürünc”lə kifayətlənib. Buna baxmayaraq, T. Naydanın orqanizmində istifadəsi qadağan olunmuş dərman preparatı tapıldığından M. Mirəliyev gümüş medala sahib çıxa bilər.

- Gədəbəydə velosipedçilərlə görüş keçirilib - FOTO
- Əhməddin Rəcəblinin 80 illik yubileyi qeyd olunub
- Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Yığma komandalarımız Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcək - FOTO
- Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
0
0