ARDNŞ Əzizbəyov metrostansiyasının yaxınlığında 65 min yerlik stadion tikir
03.09.2008 - 13:08
Bakı. Elşən Məmmədov - APA-Sport. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Bakıda 65 min nəfərlik tamaşaçı tutumuna malik stadion tikəcək. “APA-Sport” agentliyinin məlumatına görə, bunu haqda gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. A.Rəhimov bildirib ki, yeni arenanın Əzizbəyov metrosundan Sabunçu istiqamətinə gedən yolun kənarında inşası nəzərdə tutulub. Onun sözlərinə görə, müasir tələblərə cavab verəcək stadion Olimpiya təyinatlı olacaq. Lakin nazir Azərbaycan paytaxtında daha bir böyük arenanın da tikintisinin mümkünlüyünü vurğulayıb: “Biz Bakı şəhərinin 2020-ci il Yay Olimpiya Oyunlarına da namizədliyini irəli sürəcəyik. Əgər həmin Olimpiada uğrunda mübarizədə ikinci mərhələyə keçsək, paytaxtımızın infrastrukturu tamamilə yenilənəcək, yeni idman obyektləri salınacaq. Fikrimcə, bu zaman daha bir arenanın tikintisinə zərurət yaranacaq. Düzdür, Dövlət Neft Şirkətinin inşa edəcəyi stadionda Olimpiya Oyunlarının açılış və bağlanış mərasimlərini təşkil etmək olar. Amma fikrimcə, biz də Pekin Olimpiadasının təntənəli mərasimlərinin keçirildiyi “Quş yuvası” adlı arena kimi stadion tikə bilərik”.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0