Azərbaycan boksçusu Rusiyadan bürünc medalla qayıdır
03.09.2008 - 13:09
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan boksçuları Rusiyanın Qroznı şəhərində keçirilən beynəlxalq turniri bir medalla başa vurublar. Bu haqda “APA-Sport” agentliyinə yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Rasim Məmmədov məlumat verib. Onun sözlərinə görə, 57 kq çəki dərəcəsində döyüşən Ruslan Əhmədov Çeçenistan Respublikasının mərhum prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunan yarışda bürünc medala sahib çıxıb. “Neftçi” İdman Sağlamlıq Cəmiyyətinin məşqçisi Cəmşid Qurbanovun rəhbərliyi altında Qroznıya yollanan digər 4 boksçumuz fəxri kürsüyə yüksələ bilməyib.
Qeyd edək ki, turnirdə altı ölkədən 100-ə yaxın idmançı mübarizə aparıb.
Qeyd edək ki, turnirdə altı ölkədən 100-ə yaxın idmançı mübarizə aparıb.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0