Vahid Nəzərov: “Azad Rəhimovun fikirlərini başa düşmürəm”
03.09.2008 - 15:09
Bakı. Aqşin Əliyev - APA-Sport. “Pekin Olimpiadasında medal qazanacağımıza söz verməmişdim. Bu baxımdan indi mənim istefaya göndəriləcəyimin gündəmə gəlməsini anlaya bilmirəm. Mən nəyə görə istefa verməliyəm ki?” Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın ağır atletika üzrə milli komandasının baş məşqçisi Vahid Nəzərov deyib. Gənclər və idman naziri Azad Rəhimovun ağırlıqqaldırma yığmasında baş məşqçi dəyişikliyinin vacibliyi barədə fikirlərinə münasibət bildirən V. Nəzərov tutduğu vəzifədən ayrılmaq istəmədiyini vurğulayıb: “Ağırlıqqaldıranlarımız Pekin Yay Olimpiya Oyunlarında yüksək nəticə göstərdilər. Qarşımıza qoyduğumuz məqsədə çatdıq. İki idmançımız ilk “beşliy”ə düşdü. Daha iki atlet isə ilk “onluq”da qərarlaşdı. Bizim əməyimizə dövlət səviyyəsində də yüksək qiymət verildi. Belə olan halda, nazir Azad Rəhimovun hansı səbəbdən mənim adımı istefaya real namizədlər arasında çəkməsini başa düşmürəm”. Buna baxmayaraq, V. Nəzərov öz işini əvvəlki axarı ilə davam etdirdiyini söyləyib. Baş məşqçi deyib ki, atletlər qarşıdakı dünya çempionatına hazırlaşırlar: “Milli komanda hazırda Bakıda təlim-məşq toplanışı keçir. Ağırlıqqaldıranlar mənim rəhbərliyim altında noyabrda keçiriləcək tələbələrin dünya çempionatında iştirak edəcəklər”.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0