Teymur Rəcəbov: iki oyun iki heç-heçə
04.09.2008 - 09:41
Bakı. Kənan Həsənov - APA-Sport. İspaniyanın Bilbao şəhərində təşkil olunan “Böyük dəbilqə” şahmat superturnirində II turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, hesabat turunda baş tutan görüşlərdə qalib müəyyənləşməyib. Həmyerlimiz Teymur Rəcəbov qara fiqurlarla hazırkı dünya çempionu Vişvanatan Anandla (Hindistan) heç-heçə edib. Vasili İvançuk (Ukrayna) - Maqnus Karlsen (Norveç), Veselin Topalov (Bolqarıstan) - Levon Aronyan (Ermənistan) duellərində də tərəflər 1 xalla kifayətləniblər. Bu nəticələrdən sonra M. Karlsen 4 xalla turnir cədvəlinə başçılıq edir. T. Rəcəbov, V. Anand və V. İvançuk liderdən 2 xal geri qalırlar. Hesabında cəmi 1 xal olan L. Aronyan sonuncu pillədə yer alıb.
Bu gün III tur çərçivəsində T. Rəcəbov - V. İvançuk, M. Karlsen - V. Topalov, L. Aronyan - V. Anand görüşləri baş tutacaq.
Sentyabrın 13-də başa çatacaq “Böyük dəbilqə” superturnirinin mükafat fondu 400 min avroya bərabərdir.
Bu gün III tur çərçivəsində T. Rəcəbov - V. İvançuk, M. Karlsen - V. Topalov, L. Aronyan - V. Anand görüşləri baş tutacaq.
Sentyabrın 13-də başa çatacaq “Böyük dəbilqə” superturnirinin mükafat fondu 400 min avroya bərabərdir.
- Gədəbəydə velosipedçilərlə görüş keçirilib - FOTO
- Əhməddin Rəcəblinin 80 illik yubileyi qeyd olunub
- Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Yığma komandalarımız Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcək - FOTO
- Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
0
0