Sabah Pekin Yay Paralimpiya Oyunları başlanır
05.09.2008 - 13:14
Bakı. Aqşin Əliyev - APA-Sport. Sabah Çinin paytaxtı Pekində XIII Yay Paralimpiya Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, fiziki qüsurlular arasında təşkil olunan ən mötəbər yarışda 148 ölkədən 4200-dən çox idmançı 20 növdə mübarizə aparacaq. Turnirdə Azərbaycanın şərəfini 7 cüdoçu, 7 atlet, 3 pauerliftinqçi və 1 ağırlıqqaldıran qoruyacaq. Cüdoçu İlham Zəkiyevin kapitanı olduğu yığmamız sentyabrın 1-də Pekinə yollanıb. Həmvətənlərimizdən öncə mübarizəyə sentyabrın 7-də cüdoçular qoşulacaqlar. Sentyabrın 17-dək davam edəcək paralimpiadada medal qazanacaq idmançılarımız üçün ayrılan pul mükafatların məbləği də məlumdur. Qızıl mükafatçı 200 min, ikinci yerin sahibi 100 min, bürünc medalçı isə 50 min manat əldə edəcək.
Qeyd edək ki, 4 il öncə Afinada keçirilən paralimpiadada qüvvəsini sınamış 11 idmançımız 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb. Yığmamız medalların keyfiyyəti baxımından 136 kollektiv arasında 45-ci yeri tutub.
Qeyd edək ki, 4 il öncə Afinada keçirilən paralimpiadada qüvvəsini sınamış 11 idmançımız 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıb. Yığmamız medalların keyfiyyəti baxımından 136 kollektiv arasında 45-ci yeri tutub.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0