Rəcəbov Karlsenə yenildi
06.09.2008 - 10:08
Bilbao. Elşən Məmmədov - APA-Sport. İspaniyanın Bilbao şəhərində təşkil olunan şahmat üzrə XXII kateqoriyalı “Böyük Dəbilqə” superturnirində 4-cü turun görüşlərinə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda çıxış edən həmyerlimiz Teymur Rəcəbov hesabat turunda Maqnus Karlsenlə (Norveç) qarşılaşıb. Görüş ağ fiqurlara çıxış etmiş M.Karlsenin qələbəsi ilə başa çatıb. Əvvəlki turlardan heç-heçələrlə ayrılmış T.Rəcəbov ilk məğlubiyyətini məhz norveçli qrossmeysterdən alıb. Digər qarşılaşmalarda Levon Aronyan (Ermənistan) Vasili İvançuku (Ukrayna), Veselin Topalov (Bolqarıstan) isə Vişvanatan Anandı (Hindistan) yenib. Xalların futbol oyunu prinsipi ilə hesablandığı turnirdə 4 turdan sonra V.Topalov 8 xalla liderdir. M.Karlsen 7 xalla ikinci, L.Aronyan 5 xalla üçüncü yerdədir. Hərəyə 3 xala malik V.Anand, V.İvançuk və T.Rəcəbov 4-6-cı pillələri bölüşdürürlər. Bu gün keçiriləcək 5-ci turda həmyerlimiz ağ fiqurlarla erməni L.Aronyanı sınağa çəkəcək. Bundan başqa V.İvançuk V.Topalovla, V.Anand isə M.Karlsenlə üz-üzə gələcək.
Sentyabrın 13-də başa çatacaq “Böyük dəbilqə” superturnirinin mükafat fondu 400 min avroya bərabərdir.
Sentyabrın 13-də başa çatacaq “Böyük dəbilqə” superturnirinin mükafat fondu 400 min avroya bərabərdir.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0