Pekin Olimpiadasının ən populyar idmançısı kimdir?
12.09.2008 - 09:48
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Pekin Olimpiadasının ən populyar idmançısı müəyyənləşib. “APA-Sport”un məlumatına görə, yamaykalı Useyn Bolt XXIX Yay Olimpiya Oyunlarının ən məşhur iştirakçısı olub. Atletikada üç qızıl medal və üç dünya rekordu vuran Boltun adı ingilisdilli mətbuatda ən çox hallanıb.
ABŞ təhqiqatçılarının araşdırmalarına əsasən, Bolt fantastik populyarlıq qazanıb. Pekində 8, ümumilikdə Olimpiadalarda 14 qızıl medal qazanan üzgüçü Maykl Felps də yamaykalıdan geri qalıb. Üçüncü olan digər Yamayka sprinteri Asət Pauell cəmi 7 faiz populyarlıq qazanıb.
Araşdırmalarda 6000-dən çox ingilisdilli qəzet, jurnal, televiziya, radio, həmçinin 13000 internet saytının materialları hesablanıb. Köşə yazıları və reklamlarda isə Felps yamaykalını qabaqlaya bilib.

- Beynəlxalq triatlon yarışında ilk azərbaycanlı hakim - FOTO
- Gədəbəydə velosipedçilərlə görüş keçirilib - FOTO
- Əhməddin Rəcəblinin 80 illik yubileyi qeyd olunub
- Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Yığma komandalarımız Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcək - FOTO
0
0