İsveç çempionu “Araz”da “boğuldu”
12.09.2008 - 09:49
Bakı. Aqşin Əliyev - APA-Sport. Bakıda futzal üzrə UEFA Kubokunun əsas mərhələsinin 6-cı qrupunun oyunları start götürüb. “APA-Sport”un məlumatına görə, Azərbaycan çempionu “Araz” yarışa uğurlu başlayıb. Böyükağa Hacıyevin yetirmələri ilk matçda İsveç təmsilçisi “Şkövde”ni darmadağın ediblər.
Birinci hissəni 5:1 hesabı ilə öndə başa vuran futzalçılarımız fasilədən sonra rəqibi daha 6 dəfə cəzalandırıb. Yekunda “Araz” 11:2 hesablı qələbə qazanıb. Qrupun digər oyununda “Slov-Matik Fofo” (Slovakiya) “Nadin”ə (Bolqarıstan) qalib gəlib – 7:1.
“Araz” bu gün bolqarıstanlıları sınağa çəkəcək. Qrup mərhələsinin oyunlarına sentyabrın 14-də yekun vurulacaq.
Qrupda ilk iki yeri tutacaq kollektivlər elit mərhələyə yüksələcəklər. Elit mərhələdə 16 komanda “Dördlər finalı”na düşmək üçün 4 vəsiqə uğrunda mübarizə aparacaq.

- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
0
0