Böyük tənəffüs bitdi
12.09.2008 - 11:32
Böyük tənəffüs bitdi
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan Premyer Liqasında iki həftəlik fasilə başa çatır. “APA-Sport”un məlumatına görə, milli çempionatda mübarizə sabah saat 18:00-da start fiti veriləcək “Xəzər-Lənkəran” - “Turan” oyunu ilə davam edəcək. 2-ci turdan təxirə salan bu qarşılaşma təqvimə əsasən avqustun 16-da keçirilməli olsa da, Oktay Dərəlioğlunun vida oyununa görə təxirə salınmışdı.

Mövsümə Yevlaxda “Karvan”a məğlubiyyətlə (0:1) başlayan lənkəranlılar hesabındakı 6 xalı debütant “Bakılı” və NBC ilə oyunlarda yazıb. Bu dəfə də autsayderlə qarşılaşacaq “Xəzər-Lənkəran”ın növbəti 3 xalı qazanacağı daha inandırıcı görünür. Bu reallaşacağı halda, turnir cədvəlində vəziyyətini xeyli yaxşılaşdıracaq komanda birdən-birə üç pillə irəliləyib 4-cü yerdə qərarlaşacaq.

Elçin Məmmədovun idarə edəcəyi “Xəzər-Lənkəran” - “Turan” görüşü türkiyəli mütəxəssislərin qarşıdurması kimi yadda qalacaq. Ancaq Rasim Karadan fərqli, “Turan”ın sükanı arxasında olan həmyerlisi Mustafa Yılmazın lisenziyası olmadığı üçün texniki zonada yer almayacaq. Tovuz komandası maliyyə problemləri ilə üzləşdiyindən əcnəbi baş məşqçisini AFFA-da sifariş etmək üçün 10 min manat məbləğində rüsumu ödəyə bilmir.

komandalar

o

q

h

m

t

x

1

Simurq

4

3

1

0

6-2

10

2

Bakı

4

3

1

0

4-0

10

3

Karvan

4

3

0

1

6-2

9

4

Olimpik

4

2

2

0

5-3

8

5

Qəbələ

4

2

1

1

8-3

7

6

İnter

4

1

3

0

5-2

6

7

Xəzər-Lənkəran

3

2

0

1

5-3

6

8

Standard

4

2

0

2

4-7

6

9

Neftçi

4

1

1

2

1-2

4

10

Qarabağ

4

1

1

2

4-6

4

11

MOİK

4

1

0

3

2-5

3

12

NBC

4

1

0

3

4-8

3

13

Turan

3

0

0

3

1-6

0

14

Bakılı

4

0

0

4

3-9

0



Bombardirlər: Fərzad Hatəmi (“Qəbələ”), Rahid Əmirquliyev (“Xəzər-Lənkəran”) – 3.