“Bürünc Əli” Maks Aleksanderə qarşı
16.09.2008 - 12:28
Bakı. Kənan Həsənov - APA-Sport. Oktyabrın 4-də Rusiyanın Sankt-Peterburq şəhərində peşəkar boks gecəsi təşkil olunacaq. “APA-Sport”un məlumatına görə, bu tədbirə qatılacaq həmyerlimiz Əli İsmayılovun rəqibi müəyyənləşib.
WBO Latino versiyası üzrə “Qızıl kəmər”in sahibi olan Azərbaycan boksçusu ABŞ-lı Maks Aleksanderlə qarşılaşacaq. İsmayılovdan 7 yaş kiçik olan qara dərili idmançı peşəkar rinqdə keçirdiyi 18 döyüşün 14-də qələbə qazanıb, 2 görüşdə uduzub və 2 dəfə heç-heçə edib.
“Bürünc Əli” isə bu günədək 15 döyüşə çıxıb. 13 qələbəyə sevinən təmsilçimiz, 1 dəfə məğlub olub, 1 görüşü isə heç-heçə baş vurub.
Qeyd edək ki, Əli bu günədək ABŞ boksçusu ilə qarşılaşmayıb.

- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
- WADA-nın 2026-cı il üçün qadağan edilmiş maddələr siyahısı qüvvəyə minib
- 2025-ci ildə AMADA tərəfindən 1100 dopinq testi götürülüb
0
0