Azərbaycan idmançısı narkotik maddələrin istifadəsinə görə həbs olunub
17.09.2008 - 11:08
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəran şəhər Polis Şöbəsinin əməkdaşları narkotik maddələrin istifadəsi ilə məşğul olan şəhər sakinini həbs ediblər. Bu barədə APA-nın Cənub bürosuna Polis Şöbəsinin baş müstəntiqi Rövşən Rəşidov məlumat verib. Onun sözlərinə görə, şəhər sakini, 1975-ci il təvəllüdlü Çingiz Teyyub oğlu Nurullayev yaşadığı Heydər Əliyev prospekti, 78/12 saylı binanın qarşısında şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən 0,503 qram tiryək, 0,392 qram heroin və 4 ədəd psixotrop maddə olan “Trimadon” həbi aşkarlanaraq götürülüb.
Məlumata görə, əvvəllər idmanın ağır atletika növü ilə məşğul olan Ç. Nurullayev tez-tez dopinqdən istifadə etdiyindən sonradan narkotika aludəçisinə çevrilib. Faktla bağlı cinayət işi açılıb.
Məlumata görə, əvvəllər idmanın ağır atletika növü ilə məşğul olan Ç. Nurullayev tez-tez dopinqdən istifadə etdiyindən sonradan narkotika aludəçisinə çevrilib. Faktla bağlı cinayət işi açılıb.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0