Azərbaycan Pekin Paralimpiadasını 38-ci pillədə başa vurdu
17.09.2008 - 15:42
Bakı. Aqşin Əliyev - APA-Sport. Çinin paytaxtı Pekində keçirilən XIII Yay Paralimpiya Oyunlarına bu gün yekun vurulub. “APA-Sport”un məlumatına görə, 11 gün davam etmiş yarışda 148 ölkədən 4200-dən çox idmançı 20 növdə 472 dəst medal uğrunda mübarizə aparıb.
Paralimpiadada Azərbaycanın şərəfini 18 idmançı qoruyub. Pekinə 7 cüdo, 7 atlet, 3 pauerliftinqçi və 1 güllə atıcısı ilə yollanan yığmamız Vətənə 10 medalla dönür. Həmvətənlərimiz 2 qızıl, 3 gümüş və 5 bürünc medala layiq görülüblər. Maraqlıdır ki, yay paralimpiya oyunlarında yalnız cüdoçularımız və atletlərimiz fəxri kürsüyə yüksəliblər.
Cüdoçular İlham Zəkiyev (+100 kq) qızıl, Kərim Sərdarovla (100 kq) Tofiq Məmmədov (90 kq) gümüş, Ramin İbrahimov (60 kq) isə bürünc mükafata sahib çıxıb. Atletlərimizdən ən yüksək nəticəni nüvə itələmə yarışında bütün rəqiblərini geridə qoyan Oluxan Musayev göstərib. Zeyniddin Bilalov (üçtəkanla tullanma) 2-ci, Oleq Panyutin (hündürlüyə tullanma), Vladimir Zayets (üçtəkanla tullanma), Vüqar Mehdiyev (200 m məsafəyə qaçış), eləcə də Rza Osmanov (400 m məsafəyə qaçış) 3-cü pillədə qərarlaşıb.
Azərbaycan yığması medalların əyarına əsasən, 38-ci yeri tutub. Medalların kəmiyyətinə görə isə 32-ci sırada qalmışıq. Bu, 4 il öncə Afinada keçirilmiş analoji yarışın nəticələrindən yüksəkdir. Yunanıstan paytaxtında 11 idmançımız 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanmışdı. XII Afina Paralimpiadasında Azərbaycan medal qazanan ölkələrin siyahısında 136 kollektiv arasında 45-ci yerlə kifayətlənmişdi.
Pekin Yay Paralimpiya Oyunlarında Çin komandası 1-ci yeri tutub – 211 medal (89 qızıl, 70 gümüş, 52 bürünc). Meydan sahiblərinin ən yaxın izləyicisi Böyük Britaniya bundan təxminən iki dəfə zəif çıxış edib. “Dumanlı Albion” təmsilçiləri 42 qızıl, 29 gümüş, 31 bürünc medala yiyələniblər. ABŞ yığması isə ilk “üçlüy”ü tamamlayıb (36 qızıl, 35 gümüş, 28 bürünc).
Qeyd edək ki, Pekin Paralimpiadasının qalibləri göstərdikləri nəticələrə müvafiq olaraq, dövlət tərəfindən mükafatlandırılacaqlar. Qızıl medalçıya 200 min, ikinci yerin sahibinə 100 min, bürünc mükafatçıya isə 50 min manat pul təqdim olunacaq.

0
0