Avarçəkənlərə yeni vitse-prezident seçildi
18.09.2008 - 15:20
Bakı – APA-Sport. Bu gün Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF) İcraiyyə Komitəsinin iclası keçirilib. “APA-Sport”un məlumatına görə, toplantıda Natiq Abbasov AMAF-ın I vitse-prezidenti seçilib. Fikrət Zeynalov isə federasiyanın baş katibi vəzifəsinə təsdiqlənib. İcraiyyə Komitəsinin üzvləri AMAF prezidenti Elçin Zeynalovun təqdimatına əsasən almaniyalı mütəxəssis Rüdiger Hauffenin akademik avarçəkmə üzrə Azərbaycan milli komandasının baş məşqçi postuna təyin olunmasına razılıq veriblər.
Bundan başqa kayak və kanoe millimizin iyunda təşkil edilmiş Dünya Kubokunun mərhələ yarışları, akademik avarçəkmə üzrə yeniyetmə və gənclərdən ibarət yığmalarımızın isə iyulda keçirilmiş dünya çempionatlarındakı çıxışları müzakirə olunub. Komandalarımızı həmin yarışlara hazırlaşdırmış baş məşqçilər Samir Məmmədovla (akademik avarçəkmə) Vasili Kolbanovski (kayak və kanoe) hesabat xarakterli məruzə ediblər. AMAF İcraiyyə Komitəsi ilk dəfə təmsil olunduğu yarışlarda avarçəkənlərimizin çıxışını qənaətbəxş sayıb. İclasda, həmçinin 2009-cu ildə keçiriləcək böyüklər arasında mötəbər turnirlərə və 2010-cu il Yeniyetmələrin Sinqapur Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlara hazırlıq məsələlərinə də toxunulub.

0
0