“Karvan” liderliyə darmadağınla yüksəldi
22.09.2008 - 10:09
“Karvan” liderliyə darmadağınla yüksəldi
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan Premyer Liqasında V tura yekun vuruldu. “APA-Sport”un məlumatına görə, baş tutan 6 oyunun hamısında meydan sahibləri qələbəyə həsrət qaldı. Turun mərkəzi görüşündə çoxlarının gözləmədiyi nəticə qeydə alındı. “Karvan”ın səfərdə “Bakı” üzərində ilk qələbəsi böyük hesablı oldu.

Rasim Kara “Qarabağ”dan sonra “Xəzər-Lənkəran”la da “Olimpik”i “Şəfa” stadionunda 1:0 hesabı ilə məğlub etməklə, rəqibinə gücünü göstərdi. Qələbə topunun müəllifi olan bolqarıstanlı yeni transfer İvan Svetkov ardıcıl ikinci oyundur meydanı qolsuz tərk etmir və o, artıq bombardirlər sırasında liderlər sırasındadır.

Lider “Simurq” yenə də “İnter”ə uduzdu. Ukraynalı xələfi Anatoli Demyanenko kimi “Turan”la səfər oyununda “Neftçi”nin baş məşqçi postunda debüt edən Hans-Yurgen Gedenin “siftə”si isə uğursuz oldu. Almaniyalı mütəxəssis sonuncu pilləni sahibi qarşısında aciz qalıb. “Neftçi”nin Tovuza yollanan azarkeşləri buna dözməyərək, Gedeni artıq ilk oyundan sonra istefaya səsləyiblər.

“Olimpik” – “Xəzər-Lənkəran” – 0:1
İvan Svetkov, 35

“Qəbələ” – “Qarabağ” – 1:2
Kənan Kərimov, 78 – Emin İmaməliyev, 31, Vaqif Cavadov, 85

“Standard” – “Bakılı” – 1:1
Anhel Qutyerres, 26 – Kaxa Çxetiani, 13

“Bakı” – “Karvan” – 0:3
Vüqar Nadirov, 11, Namiq Əliyev, 23, Anatoli Doroş, 77

“Simurq” – “İnter” – 0:2
Valter Quqlemon, 65, Xaqani Məmmədov, 90+2

“Turan” – “Neftçi” – 0:0

komandalar

o

q

h

m

t

x

1

Karvan

5

4

0

1

9-2

12

2

Xəzər-Lənkəran

5

4

0

1

11-3

12

3

Simurq

5

3

1

1

6-4

10

4

Bakı

5

3

1

1

4-3

10

5

İnter

5

2

3

0

7-2

9

6

Olimpik

5

2

2

1

5-4

8

7

Standard

5

2

1

2

5-8

7

8

Qarabağ

5

2

1

2

6-7

7

9

Qəbələ

5

2

1

2

9-5

7

10

Neftçi

5

1

2

2

1-2

5

11

MOİK

4

1

0

3

2-5

3

12

NBC

4

1

0

3

4-8

3

13

Bakılı

5

0

1

4

4-10

1

14

Turan

5

0

1

4

1-11

1



Bombardirlər: Fərzad Hatəmi (“Qəbələ”), Rahid Əmirquliyev, Romulo Silvano, İvan Svetkov (hər üçü “Xəzər-Lənkəran”) – 3.

Növbəti turun oyunları sentyabrın 27-də və 28-də keçiriləcək:
“Xəzər-Lənkəran” – MOİK, “Neftçi” – NBC, “Qarabağ” – “Simurq”, “Olimpik” – “Standard”, “İnter” – “Turan”, “Karvan” – “Qəbələ”, “Bakılı” – “Bakı”