Cahangir Əsgərov istefa verib?
22.09.2008 - 11:25
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti Cahangir Əsgərov tutduğu vəzifədən azad olunub. Etibarlı mənbədən “APA-Sport”a verilən məlumata görə, “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) də rəhbərlik edən Əsgərov istefa ərizəsini bir neçə gün öncə yazıb. Bu addımın konkret səbəbləri bilinməsə də, federasiya prezidentinin qərarına Pekin Olimpiadasının yekunlarının təsir göstərdiyi ehtimal olunur.
Bununla bağlı “APA-Sport”a açıqlama verən AAAF-ın baş katibi İsmayıl İsmayılov federasiya prezidentinin vəzifəsindən ayrılmadığını söyləyib: “Məndə belə bir məlumat yoxdur. Bu məsələ gündəmdə deyil. Sadəcə, onu deyə bilərəm ki, ağır atletika bazası bir aylıq təmirə dayandırılıb. Uzun illər istismar olunduğundan bazanın təmirə ehtiyacı var idi”.
İsmayılov, həmçinin yığmanın baş məşqçisi Vahid Nəzərovun da gələcək aqibətindən danışıb. Baş katib milli komandanın çalışdırıcısının istefa göndəriləcəyini nə təsdiq, nə də təkzib edib: “Bu məsələ ilə əlaqədar heç bir fikir söyləməzdim. Çünki bu, hər bir federasiyanın daxilində gedən prosesdir. Hesab edirəm ki, atletlərimiz Pekin Yay Olimpiya Oyunlarında uğurlu çıxış ediblər. Olimpiadada 4 həmyerlimiz dünyanın ən güclü 10 ağırlıqqaldıranı arasında yer aldı. Fikrimcə, bu, yüksək nəticədir”.
Qeyd edək ki, Pekin Olimpiadasında mübarizə aparmış Sərdar Həsənov (62 kq), Turan Mirzəyev, Əfqan Bayramov (hər ikisi 69 kq), İntiqam Zairov (85 kq) və Nizami Paşayev (94 kq) fəxri kürsüyə yüksələ bilməyiblər.

0
0