Avarçəkənlər Donetskə gedirlər
22.09.2008 - 15:22
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın kayak və kanoe qayıqlarında avarçəkmə üzrə yeniyetmələrdən ibarət milli komandası Ukraynanın Donetsk vilayətində yerləşən Komsomolsk şəhərinə yollanıb. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən “APA-Sport”a verilən məlumata görə, yığmamız səfər çərçivəsində Ukrayna avarçəkənləri ilə birgə təlim-məşq toplanışı keçəcək.
Baş məşqçi Vasili Kovbanovskinin rəhbərlik etdiyi kollektiv, həmçinin “Federasiya Kuboku” turnirində qüvvəsini sınayacaq. Səfərə yollanan heyətdə 7 idmançımız yer alıb. Elvin Cəfərov, Emin Cəfərov, Rüfət Vəlizadə, Qulam Səlimov və Namiq Zöhrabov kayak, Habil İsmayılzadə və Xəqani Alməmmədli isə kanoe qayıqlarında mübarizə aparacaqlar. Sentyabrın 26-da start götürəcək turnir üç gün davam edəcək.

- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
0
0