Elnur Məmmədli: bir addım öndə
24.09.2008 - 15:11
Bakı - APA-Sport. XXIX Pekin Yay Olimpiya Oyunlarının qalibi, cüdoçu Elnur Məmmədli Azərbaycanda 2008-ci ilin ən yaxşı idmançısı seçilib. Bu haqda “APA-Sport”a Azərbaycan Gənclər və İdman Nazirliyindən (AGİN) məlumat verilib.
“Ən yaxşı idmançı” müsabiqəsi hər il AGİN tərəfindən ənənəvi olaraq keçirilir. İlin sonunadək bir neçə ay qalsa da, artıq siyahı demək olar, tam müəyyənləşib. Pekin Yay Olimpiya Oyunlarında Azərbaycana yeganə qızıl medalı qazandırmış Elnur Məmmədli ölkəmizin ən yaxşı idmançısına çevrilib.
AGİN-in siyahısında ilk 7 yeri Pekin Olimpiadasında fəxri kürsüyə yüksəlmiş idmançılarımız tutacaqlar. Olimpiadanın gümüş mükafatçıları, yunan-Roma güləşçiləri Rövşən Bayramovla Vitali Rəhimov 2-3-cü pillələri bölüşdürəcəklər. Növbəti 4 sırada isə Pekindən bürünc medalla dönmüş Xetaq Qazyumov (sərbəst güləş), Mariya Stadnik (qadın güləşi), Mövlud Mirəliyev (cüdo) və Şahin İmranov (boks) qərarlaşacaqlar.
Siyahıda 8-10-cu yerlərin sahibləri hələlik məlum deyil.
Xatırladaq ki, AGİN rəhbərliyi 2007-ci ildə yunan-Roma güləşçisi Fərid Mansurovu ilin idmançısı seçmişdi. Fəriddən başqa, ən yaxşı idmançıların siyahısında ardıcıllıqla, Elnur Məmmədli (cüdo), Samir Məmmədov (boks), Çamsulvara Çamsulvarayev (sərbəst güləş), Aliyə Qarayeva (bədii gimnastika), Ramil Quliyev (atletika), Təvəkkül Bayramov (taekvando), Eldar Qazıbəyov (kikboksinq), Rafael Ağayev (karate) və Şəhriyar Məmmədyarov (şahmat) yer almışdılar.

- Badmintonçularımız beynəlxalq turnirdə 11 medal qazanıblar
- Azərbaycan və Albaniya arasında idman əlaqələrinin genişləndirilməsi müzakirə olunub
- Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
- Beynəlxalq triatlon yarışında ilk azərbaycanlı hakim - FOTO
- Gədəbəydə velosipedçilərlə görüş keçirilib - FOTO
0
0