Həmyerlimiz Rusiyanın ən güclüsü ola bilər
25.09.2008 - 12:45
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanlı peşəkar boksçu Fariz Kazımov Rusiya çempionu titulu uğrunda döyüş keçirəcək. “APA-Sport”un məlumatına görə, Kazan şəhərində təşkil olunacaq boks gecəsi çərçivəsində təmsilçimizin rəqibi yerli döyüşçü Timur Qimayev olacaq. Qarşılaşma 63,5 kq çəki dərəcəsində baş tutacaq.
Bu, 1987-ci ildə Şəmkirdə anadan olan Farizin peşəkar rinqdə 8-ci döyüşü olacaq. İndiyədək 5 qələbə qazanan boksçumuz, 1 dəfə uduzub, 1 görüşü isə heç-heçə başa vurub.
Qeyd edək ki, bir müddət öncə Rusiyada yaşayan həmvətənlərimiz, Xanlar Əzizovla Rauf Qarayev birinci orta çəki dərəcəsində Rusiya çempionu titulu uğrunda qarşılaşıb. Moskvada keçirilən döyüşün qalibi hakimlərin rəyinə əsasən Əzizov olub.

- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinə yekun vurulub - FOTO
- “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin ikinci turu keçirilib - FOTO
0
0