Azərbaycan çempionatı başlanır
26.09.2008 - 17:21
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın otüstü hokkey üzrə milli çempionatında fasilə başa çatır. Otüstü Hokkey Federasiyasının mətbuat katibi Yaqub Nuriyevin “APA-Sport”a verdiyi məlumata görə, həm kişilər, həm də qadınlardan ibarət komandalar arasında yarış sabah bərpa olunacaq.
Kişilərin çempionatında final mərhələsi start götürəcək. İlkin mərhələdə 12 klub 2 yarımqrupda mübarizə aparıb. Qruplarda ilk iki pilləni tutan komandalar - “Akkord” (Bakı), “Şahdağ” (Qusar), “Atasport” (Bakı) və “Göytəpə” (Cəlilabad) final mərhələsinə adladıqları üçün, 1-4-cü yerlər uğrunda yarışacaqlar.
Bundan başqa, Mingəçevir “Kür”ü, Bakı “Təhsil”i, Sumqayıt “Gəncliy”i, eləcə də Gəncənin eyniadlı klubu öz aralarında 5-8-ci pillələrin sahiblərini müəyyənləşdirəcəklər. 9-12-ci yerlər uğrunda isə “Astara”, “Xəzər-Lənkəran”, “Şəki” və Masallının “Olimp” komandası rəqabət aparacaqlar.
Qadınların çempionatında isə ikinci dövrə başlanacaq. “Atasport-2”, “Bakı”, “Nizami”, “Şahdağ” və “Xəzər-Lənkəran”ın qatıldığı turnirdə 6-cı turun oyunları sentyabrın 27-28-nə təyin olunub. Hazırda turnir cədvəlinə “Atasport-2” başçılıq edir. Ölkə çempionatı noyabrın 2-də yekunlaşacaq.

- Badmintonçularımız beynəlxalq turnirdə 11 medal qazanıblar
- Azərbaycan və Albaniya arasında idman əlaqələrinin genişləndirilməsi müzakirə olunub
- Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
- Beynəlxalq triatlon yarışında ilk azərbaycanlı hakim - FOTO
- Gədəbəydə velosipedçilərlə görüş keçirilib - FOTO
0
0